Acarıstanın yeni hökumət başçısı təsdiq olunub

Acarıstanın yeni hökumət başçısı təsdiq olunub


00:23     22 İyul 2018 2018/07/9218C97B-C88B-436A-BBC9-7F8052B77EF6_1532190052.jpeg

Tornike Rijvadze Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı vəzifəsinə təsdiq olunub.

MR-in Ali Məclisi bugünkü iclasında T. Rijvadze və yeni hökumətə səs çoxluğu ilə etimad göstərib.

Qeyd edək ki, T. Rijvadze hakim “Gürcü Arzusu” Partiyasının Acarıstanın hökumət başçısı vəzifəsinə namizədi olub. O, “Gürcüstan Energetikasının İnkişafı Fondu”nun direktoru idi. Bu vəzifəyə qədər isə Gürcüstanın energetika nazirinin müavini vəzifəsində çalışıb.

Acarıstan MR-in keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib.

Femida.az

Açar sözlər:

Oxunub: 204