Tovuzda yeniyetmə dərmandan zəhərlənib


13:07     22 İyul 2018 zeherlenme13.jpg

Tovuzda dərman zəhərlənməsi olub.

Femida.az-ın verdiyi məlumata görə, rayonun Aşağı Öysüzlü kənd sakini, 2002-ci il təvəllüdlü Eşqin Məhərrəmov dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. E. Məhərrəmovun hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 476