“WhatsApp” məhdudiyyət tətbiq edəcək
14:08 22 İyul 2018
“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edəcək.
Femida.az Ria.ru-ya istinadən xəbər verir ki, "WhatsApp" messenceri Hindistanda saxta xəbərlərin yayılması ilə əlaqədar mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq etməyə qərar verib. Bu, bir sıra regionlarda çoxlu sayda ölkə vətəndaşının faciəli şəkildə ölməsinə səbəb olub.
Xatırladaq ki, bir neçə il bundan əvvəl messencerə əlavə edilmiş funksiya mesajı eyni anda bir neçə çata göndərməyə imkan verirdi.
"Biz bu gün mesajların yönləndirilməsinə tətbiq ediləcək məhdudiyyəti sınaqdan keçirməyə başlayırıq. Yeni qayda "WhatsApp"dan istifadə edən hər bir kəsə şamil olunur. Biz, həmçinin dünyanın digər ölkələri ilə müqayisədə daha çox mesaj, şəkil və videoçarxın göndərildiyi Hindistanda yönləndirmə üçün eyni zamanda istifadə edilən çatların sayını 5-dək məhdudlaşdırmağa cəhd edəcəyik və multimedia mesajlarının yanında ani göndərmə düyməsini siləcəyik", – deyə şirkətdən bildirilib.
"Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "WhatsApp" messencerindən faydalanır. Şirkət "Facebook"a məxsusdur.
Femida.az
Oxunub: 555
Oxşar xəbərlər
- “WhatsApp”a yeni funksiya əlavə edilib
- “WhatsApp”a çoxdan gözlənilən yenilik əlavə edilir
- “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ
- “Whatsapp”la narkotik satanlar tutuldu - Fotolar
- “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib
- “WhatsApp”da daha dörd yenilik
- “WhatsApp” və “İnstagram”ın adı dəyişdirilir
- “WhatsApp” üzərindən pul köçürmək mümkün olacaq
- “WhatsApp”dan yenilik
- “WhatsApp”la sizi izləyə bilərlər - XƏBƏRDARLIQ