“Qarabağ” yeni hücumçu aldı
14:33 22 İyul 2018
"Bursaspor"un hücumçusu Dzon Delarqe karyerasını Azərbaycanda davam etdirəcək.
Femida.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Superliqa klubu meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu üçün onu yola salmaq qərarına gəlib. Delarqenin türklərlə müqavilə müddəti gələn yaya qədər olduğundan, "Qarabağ" transfer üçün qarşı tərəfə təzminat ödəyib. Həmkarlarımız "Bursaspor"un bu keçiddən 200 min dollar qazandığını bildiriblər.
Qeyd edək ki, Dzon Delarqe "Bursaspor"a ötən il Avstriya klubu "Admira"dan keçmişdi.
Bildirilir ki, Konqo millisinin forvardı bundan sonra "Qarabağ"ın formasını geyinəcək. Bursa klubunun transferə çıxardığı 28 yaşlı oyunçu Azərbaycan çempionu ilə hərtərəfli anlaşma əldə edib.
Femida.az
Oxunub: 766
Oxşar xəbərlər
- “Qarabağ”la oyunda azarkeşləri təhqir edən Samir Abasov cəzalandırılıb
- “Qarabağ” ordeninin statutu müəyyənləşib
- “Qarabağ” “Adidas”la bağlı məlumatı təkzib etdi
- “Qarabağ”ın sabiq futbolçusu danışılmış oyunlara görə cəzalanıb
- “Qarabağ”a qarşı təxribatı bu şəxslər törədib - FOTO
- “Qarabağ”ın oyunu zamanı daha bir insident olub - FOTOLAR
- “Qarabağ” tarixinin rekordunu vurub
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsini UEFA-ya göndərib
- “Qarabağ”ın Avroliqadakı rəqibləri məlum oldu
- “Qarabağ”dan ardıcıl 10-cu qələbə