Ölkə üzrə istixanaların sayı açıqlanıb


15:12     22 İyul 2018 2018/01/istixana_1516116947.jpg

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,3 faiz artaraq 173,1 min ton, xiyarın istehsalı isə 2,7 faiz artaraq 7,8 min tona çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 451