Azərbaycanlı hakim-inspektor Ermənistan klubunun matçına təyinat aldı


16:55     22 İyul 2018 18_07_22_1532247174.jpg

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Femida.az-ın məlumatına görə, Xudiyev Monteneqronun "Sutyeska" və Ermənistanın "Alaşkert" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə iş başında olacaq. O, Alen Byeri, Yan Kobeli, Sertac Kurnazka və Urs Şnayderdən ibarət isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə bolqarıstanlı İvan Lekov təyin edilib.

İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki "Qradski" stadionunda keçiriləcək "Sutyeska" - "Alaşkert" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Daha bir təyinat isə AFFA baş katibinin müavini Sərxan Hacıyevə gəlib. Hacıyev Belarusun "Şaxtyor" (Soliqorsk) və Polşanın "Lex" komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa təyinat alıb. O, UEFA nümayəndəsi təyin edilib. Sven Oddvar Moen, Kim Tomas Hoqlund, Maqnus Lundberq və Espen Andreas Eskasdan ibarət norveçli hakimlər briqadasının işinə xorvatiyalı İqor Pristovnik qiymət verəcək.

Bu görüş iyulun 26-da Soliqorsk şəhərindəki "Budivelnik" stadionunda təşkil olunacaq və saat 21:30-da start götürəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 585