Göyçayda toy zamanı 14 nəfər zəhərlənib
17:50 22 İyul 2018
Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.
Femida.az-ın APA-ya istinadən məlumatına gör,ə rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.
Meyvə şirələrini içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq xəstələrə kəskin eqzogen qastrit diaqnozu qoyulub. Aparılan analizlərdən sonra onların nədən zəhərləndiyi məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 466
Oxşar xəbərlər
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Göyçayda məktəb direktoru vəfat edib
- Göyçayda polisə xəsarət yetirilib
- Göyçayda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
- Göyçayda qanunsuz narkotik satışına görə 6 nəfər həbs edilib
- Göyçayda “E-manat”dan 32 000 manat oğurlanıb
- Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib
- Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb
- Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var