Ruhani Trampa müharibə barədə xəbərdarlıq edib

Ruhani Trampa müharibə barədə xəbərdarlıq edib

15:50     22 İyul 2018 hasan%20ruhani-interaztvcom_2.jpg

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb.

Femida.az-ın məlumatına görə, bu barədə İran dövlət başçısının saytında məlumat yerləşdirilib.

H. Ruhani bildirib ki, İranla müharibə "bütün müharibələrin anasıdır": "Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız".

Qeyd edək ki, bundan əvvəl ABŞ bütün müttəfiqlərini bu ilin noyabr ayından İrandan neft alınmasını dayandırmağa çağırıb. ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ İrandan neft alan Rusiya, Çin və digər ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib ki, ABŞ-ın İran neft sektoruna qarşı sanksiyası noyabrın 4-dən qüvvəyə minir, bu müddətdən sonra İrandan neft alınması sanksiyanın pozulması sayılacaq.

İran ABŞ-ın bu təhdidi ilə bağlı BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. Eyni zaman Tehran bəyan edib ki, əgər İran neftinin ixracının qarşısı alınarsa, Hörmüz boğazından dünya bazarlarına neft ixracının qarşısını alacaq. Hörmüz boğazı ilə dünyada ixrac edilən neftin 20 faizi daşınır. Xüsusən Bəhreyn, Qətər və Küveyt neftini yalnız bu boğaz vasitəsi ilə dünya bazarlarına çıxarır. Hörmüz boğazından keçməklə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraq da neftini ixrac edir.

Femida.az

Açar sözlər:

Oxunub: 273