CAR-da mikroavtobusa silahlı hücum - 11 ölü


20:46     22 İyul 2018 2018/07/F34AC192-B55D-4783-A677-EEF9933B81FB_1532263367.jpeg

Cənubi Afrika Respublikasında (CAR) naməlum şəxslər mikroavtobusa hücum ediblər.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 11 nəfər ölüb.

Məlumata görə, mikroavtobusun sərnişinləri Taksiçilər Assosiasiyasının üzvləri olublar. Onlar Kvazulu-Natal vilayətindən Yohannesburqa həmkarlarının dəfnində iştirak etməyə gedirlərmiş.

Femida.az

Açar sözlər:

Oxunub: 367