Koreya səfiri Ağdama getdi


00:49     03 Oktyabr 2015 ac3ee6c5c577f11dd212ba070dd9ae2c.JPG

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn Ağdama səfər edib.


Səfir ilk öncə Ağdam rayon icra başçısının I müavini Zülfü Qasımovla görüşüb.

Səfirə cəbhə zonasında yaşayan əhalinin ermənilər tərəfindən tez-tez atəşə tutulması barədə məlumat verilib. Koreyalı diplomat Ağdamın sosial-iqtisadi inkişafı ilə maraqlanıb.

Səfir həmçinin ağdamlı məcburi köçkünlərin məskunlaşdığı “Dörd Yol-1” qəsəbəsində olub. O, şəhid Tural Əhmədovun ailəsinə baş çəkib. Çoi Suk İn T. Əhmədovun anası Kifayət Əhmədovaya hədiyyə təqdim edib.

Sonra səfirin Ağdam Dövlət Dram Teatrında koreyalı rejissor Sonq Si-Heubun ekranlaşdırdığı “Nizamlı adam” komediya filminin nümayişində iştirak edib.

Qeyd edək ki, diplomat sabah Ağdamın təhsil müəssisələrinə baş çəkəcək.

Açar sözlər:

Oxunub: 853