Goranboyda minik və yük avtomobilləri toqquşub - Yaralılar var


02:02     23 İyul 2018 18_07_22_1532282171.jpg

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az Report-a istinadən bildirir ki, hadisə Xan Qərvənd kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "Ford" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 360