Daşkəsəndə raket aşkarlanıb
13:02 23 İyul 2018
Daşkəsəndə raket aşkarlanıb. Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Femida.az-a verilən xəbərə görə, 22 iyul tarixində saat 15:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Daşkəsən rayonu, Zivlan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə çay kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Femida.az
Oxunub: 322
Oxşar xəbərlər
- Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğurluq etmək istəyən dəstə saxlanılıb
- Daşkəsəndə 21 yaşlı oğlan itkin düşüb
- Daşkəsəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Daşkəsəndə itkin düşənlər minaya düşüblər - DİN
- Daşkəsəndə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb
- Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri alıb
- Daşkəsəndə avtomobil aşıb, xəsarət alan var
- Daşkəsəndə yaşlı kişinin meyiti aşkarlanıb
- Daşkəsəndə mal-qara oğruları saxlanılıb
- Daşkəsəndə həmyerlisinə balta ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb