Güləşçilərimiz İstanbulda 5 medal qazandı
14:58 23 İyul 2018
Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.
Femida.az xəbər verir ki, Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) turnirin qızıl medalını əldə edib. Yalnız finalda uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmaya Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) qazandırıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.
Femida.az
Oxunub: 446
Oxşar xəbərlər
- Güləşçilərimiz Rusiyada iki medal qazanıblar
- Güləşçilərimiz “Qran-pri”də 6 medal qazandı
- Güləşçilərimiz daha iki medal qazanıb
- Güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar
- Güləşçilərimiz Türkiyədə daha 2 medal qazandı
- Güləşçilərimizdən növbəti medal
- Güləşçilərimiz Rumıniyadan 6 medalla qayıdıb
- Güləşçilərimiz erməniləri tatamiyə çıxmağa peşman etdi
- Güləşçilərimiz İranda yarışacaq
- Güləşçilərimiz Ermənistanı məğlub edib