Hamilə qadın körpəsini öldürmək istədi - Qanaxmadan özü öldü
15:44 23 İyul 2018
Lənkəranda 20 yaşlı 16 həftəlik hamilə qadın vəfat edib.
Femida.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün səhər Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümüd qızı ağır vəziyyətdə xəstəxanaya gətirilib:
“Xəstə dərhal reanimasiyaya yerləşdirilib. İlkin məlumata əsasən, o, ya həkimlərin, ya da qonşuların məsləhəti ilə hamiləliyi pozmaq üçün dərman qəbul edib. Qadında qanaxma baş verib. Əvvəl əhəmiyyət verilməyib, vəziyyəti ağırlaşandan sonra xəstəxanaya gətiriblər”.
Baş həkimin müavini qeyd edib ki, xəstəni xilas etmək mümkün olmayıb:
“Göstərilən bütün reanimasion tədbirlərə baxmayaraq, qadın dünyasını dəyişib”.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1614
Oxşar xəbərlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var
- Meşə zolağında narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanılıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb