Qarsda 14 azərbaycanlı qadın saxlanıldı


16:12     23 İyul 2018 18_07_23_1532333139.jpg


Qars rayon polis idarəsinin əxlaq bürosu Karadağ məhəlləsində yerləşən gecə klublarından birində əməliyyat keçirib.

Femida.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı işləmə icazəsi olmayan 31 əcnəbi qadın saxlanılıb.

Məlumata görə, saxlanılanlardan 14-ü azərbaycanlı, dördü rus, ikisi gürcü, yeddisi erməni, üçü özbək, biri isə moldovalıdır.

Sənədləşmələrdən sonra Posof sərhəd-keçid məntəqəsindən deportasiya ediliblər.

Femida.az

Açar sözlər: #Qars   #azərbaycanlı   #qadın  

Oxunub: 595