Xocasəndə yanğın başlayıb - Foto


16:56     23 İyul 2018 18_07_23_1532336091.jpg


Xocasən qəsəbəsində yanğın başlayıb.

Femida.az Yenicag.az-a istiandən xəbər verir ki, yanğın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı yaxınlığında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Şahidlərin ilkin ehtimalına görə yanğına səbəb siqaret külünün olub.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi ilə bağlı işlər aparılır.

Qeyd edək ki, yanğının 50 metrliyində yaşayış evləri yerləşir, havanın küləkli olması vəziyyəti daha da çətinləşdirir.



Femida.az

Açar sözlər: #yanğın   #FHN   #Xocəsən  

Oxunub: 734