İmtahanından az bal toplayan daha bir abituriyent İNTİHAR ETDİ


17:05     23 İyul 2018 18_07_23_1532336853.jpg


Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Femida.az xəbər verir ki, bu barədə Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.ws saytına bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb. Onun 9-cu mərtəbədən özünü atdığı bildirilir. Gənc qız hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xalədddin qızı Rzayeva olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə şahidlərinin verdikləri məlumata görə, qız qəbul imtahanından az bal topladığına görə intihar edib.

Femida.az

Açar sözlər: #intihar   #abituriyent   #bina   #Suraxanı   #təhsil  

Oxunub: 1601