Oğlan üzərinə hücum edən iti bıçaqladı - İtin sahibi huşunu itirdi


18:23     23 İyul 2018 18_07_23_1532341591.jpg


Dünən gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində, Ukrayna dairəsində, Həzi Aslanov metrosuna gedən yolun bağlanmasına səbəb olan hadisə yaşanıb.

Femida.az-ın azxeber.com-a istinadən məlumatına görə, sahibi ilə yol gedən it naməlum şəxs tərəfindən bıçaqlanıb.

Buna səbəb itin sahibinin əlindən çıxaraq, ona hücum etməsi olub. Hadisə nəticəsində it ölüb. Nəticədə həmin yol bağlanıb.

Bunu görən itin sahibi huşunu itirib və şok keçirib.

Hadisə yerinə tibbi yardım, polis əməkdaşları gəlib və həmin şəxs xəstəxanaya aparılıb.

Femida.az

Açar sözlər: #it   #Bakı  

Oxunub: 3589