Hikmət Hacıyev Çavuşoğlunun Azərbaycana səfərindən danışdı


18:51     23 İyul 2018 cavusoglu%20abs%20haqda.jpg

“Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu iyulun 24-də Azərbaycana rəsmi səfər edəcək".

Femida.az-ın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, səfər çərçivəsində M. Çavuşoğlu ilə Elmar Məmmədyarov arasında təkbətək və geniş tərkibdə görüşlər nəzərdə tutulub.

Türkiyəli nazir Fəxri Xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək.

H. Hacıyev əlavə edib ki, Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq və strateji prinsiplərə əsaslanır.

Femida.az

Açar sözlər: #Türkiyə   #XİN   #nazir   #Çavuşoğlu  

Oxunub: 446