Nabranda itkin düşən uşaq belə tapıldı - Valideynlər tapan şəxsin ayağına qapandı (TƏFƏRRÜAT + VİDEO)


20:20     23 İyul 2018 2018/07/ee_1532348447.jpg


Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlun tapılıb.

Femida.az xəbər verir ki, uşağı FHN-in əməkdaşları tapıb. Uşaq itkin düşdüyü ərazidən xeyli aralıda, çay kənarından tapılıb. Artıq İsmayıl ailəsinə təhvil verilib.

Xaçmaz rayon Nabran qəsəbəsinin icra nümayəndəsi Nəzakət İsgəndərovanın açıqlamasına görə, İsmayıl olduqları ərazidən 100 metr aralıda aşkar edilib:

“Uşaq çox uzağa getməyib. Olduqları ərazidən 100 metr aralıda kolların içərisinə düşüb və orada bir sutka qalıb. Uşaq tapılan kimi Nabran qəsəbəsində həkimlər tərəfindən ambulator müayinə olunub və səhhəti yaxşıdır. Bədənində yüngül cızıqlar var. Vəziyyəti yaxşıdır, danışıb gülür. Hazırda valideynləri ilə birlikdə Bakıya gəlirlər”.

Uşağın ailəsinə təhvil verildiy anın videosu azxeber.com-a göndərilib.

Həmin görüntüləri təqdim edirik:



Femida.az

Açar sözlər: #Nabran   #uşaq   #itkin  

Oxunub: 5748