Komitə 340 inzibati protokol tərtib edib


21:52     23 İyul 2018 2018/07/torpaq_1532353984.jpg

Bu ilin ilk iki rübü ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, torpaq bazarının təşkili, əsassız zəbt olunması və bir sıra istiqamətlərdə nəzarət tədbirləri davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 340 hal üzrə inzibati protokol tərtib olunub.

Femida.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və və qarşıda duran vəzifələrə dair geniş müşavirədə deyilib.

Qeyd olunub ki, 2018-ci ilin birinci yarısında ölkə üzrə 100 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cari ilin ilk 6 ayında sosial layihə olan “Kütləvi çıxarış” kampaniyası vasitəsilə 15-ə yaxın rayonda vətəndaşlara ünvanındaca qeydiyyat xidmətləri göstərilib. Komitə elektron hərracların təşkili, dövlət əmlakının idarəedilməsi, kadastr ilə bağlı xarici ölkələrlə yeni əməkdaşlığa imza atır.

Femida.az

Açar sözlər: #Torpaq   #komitə   #Protokol  

Oxunub: 628