700 bal toplayan abituriyent: İkinci kursdan Almaniyaya getmək istəyirəm"


00:11     24 İyul 2018 18_07_23_1532359928.jpg

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında IV ixtisas qrupu üzrə yüksək nəticə göstərən abituriyentlərdən biri Bakı şəhəri 6 saylı orta məktəbin məzunu Nərmin Əhədovadır.

Femida.az AzVision.az-a istinadən xəbər verir ki, Nərmin ilk imtahanda 657 bal topladığını və əsasən biologiya fənni üzrə səhvlər etdiyini deyib.

“İkinci imtahana qədər hazırlaşdım və yüksək nəticə göstərdim. Sınaqlarda da həmişə 660-dan çox bal toplayırdım. Qəbul imtahanından sonra sualları müəllimlərimlə yoxlayırdıq və hər biri düz çıxırdı. 700 ola biləcəyimn deyəndə bir qədər duruxdum. Sonra cavablar açıqlananda inanmadım. Çox gözəl təəssüratdır. Həm də məktəbimizdə ilk 700 bal toplayan şagirdəm. Müəllimlərim, direktorum bu uğuruma çox sevindilər, onların da üzərimdə əməyi çoxdur”, - rekordçu abituriyent deyib.

2 il repetitor yanında hazırlaşan N.Əhədova təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsi üzrə davam etdirmək, II kursdan sonra isə Almaniyada oxumaq niyyətindədir.

Femida.az

Açar sözlər: #tələbə  

Oxunub: 750