Ağacların dibinə “kislota” tökən şəxs tutuldu – Polis əməliyyatı
16:12 24 İyul 2018
Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 1368
Oxşar xəbərlər
- Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
- Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
- Ağacların yanması ilə bağlı şikayət araşdırılıb
- Ağacların məhv edilməsilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərildi
- Ağacların dibini betonlayan şirkət cəzalandı
- Ağacların kəsilməsi ilə bağlı Baş Prokurorluğa müraciət olundu
- Ağacların dibinə qəsdən "salyarka" tökülür - Nazirlik araşdırmağa başladı
- Ağacların dibinə tökülən maddənin adı açıqlandı
- Ağacların "kislota" ilə qurudulması haqda - Rəsmi açıqlama