Nazirlik Aprel döyüşlərinə həsr olunmuş layihəni maliyyələşdirir
20:47 24 İyul 2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə startap hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi, uğurlu innovativ layihələrə daim dəstək göstərir. Bunun nəticəsidir ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçılar “Made in Azerbaijan” brendi altında öz məhsullarını artıq dünya bazarlarında da təqdim edirlər.
Femida.az-ın məlumatına görə, belə uğurlu layihələrdən biri də Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan “CustomAR” şirkəti tərəfindən hazırlanan “Yüksəklik” adlanan virtual reallıq (VR) döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi “Lələ Təpə” yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində səhnə tərtibatı ilə istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub.
Bu oyun yaradıcıları tərəfindən həm də virtual hərbi simulyator kimi inkişaf etdirilir. Hazırda layihə daha da təkmilləşdirilir və silahlı qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında hazırlanır.
Bununla yanaşı, “CustomAR” şirkəti hərbi qüvvələr üçün virtual reallıq (VR) treninqləri təşkil etmək niyyətindədir. Bu məqsədlə istifadə üçün nəzərdə tutulan qurğuların alınmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəsait ayırıb.
Ayrılan vəsait hesabına sözügedən şirkət Azərbaycan istehsalı olan VR simulyatorlar hazırlayaraq, onun daxili və xarici bazarda satışını təşkil edəcək. Bununla da “Made in Azerbaijan” brendi altında daha bir innovativ məhsul dünya bazarına çıxarılacaq.
Bu gün keçirilən mərasimdə ayrılan vəsait “CustomAR” şirkətinin rəhbərinə təqdim olunub.
Məlumat üçün bildirək ki, “CustomAR” şirkəti 4 ildir ki, Azərbaycanda Virtual Reallıq, Artırılmış Reallıq və 360 interaktiv texnologiyalar sahəsində uğurla fəaliyyət göstərir.
Femida.az
Oxunub: 363
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik: "Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb"
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik: "Vətən müharibəsində yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib"
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik: "Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı məlumatı təhrif edib"
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib