"Məsutun gözlərindən öpürəm" - Ərdoğandan futbolçuya dəstək


21:19     24 İyul 2018 18_07_24_1532438420.jpg


Xəbər verdiyimiz kimi, Almaniya millisinin üzvü Mesut Özil üzləşdiyi təzyiqlərdən sonra yığma karyerasını başa vurub.

Femida.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ulduz futbolçuya dəstək çıxıb.

“Məsutun gözlərindən öpürəm. Onun bu addımı tam milli bir hərəkətdir. Mənimlə şəkil çəkdirmələrini həzm edə bilmirlər. Sonuna qədər Məsutun arxasındayıq”, deyə Ərdoğan bildirib.

Qeyd edək ki, “Arsenal”ın yarımmüdafiəçisinin Ərdoğanın London səfəri zamanı prezidentlə çəkdirdiyi şəkil almanlar tərəfindən birmənalı qarşılanmamışdı.

Femida.az

Açar sözlər: Ərdoğan  

Oxunub: 600