Putinin müşaviri öldü


22:55     24 İyul 2018 18_07_24_1532443246.jpg


Rusiya prezidentinin müşaviri, 90-cı illərdə Rusiya Konstitusiyasının müəlliflərindən biri olmuş Veniamin Yakovlev 87 yaşında vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Hüquqşünaslar Assosiasiyası məlumat verib.

Yakovlev 1989-91-ci illərdə SSRİ-nin ədliyyə naziri, həmin illərdə SSRİ Alİ Arbitraj Məhkəməsinin nümayəndəsi vəzifələrini tutub. 1991-ci ildə Qorbaçovun hüquq siyasəti üzrə dövlət müşaviri vəzifəsini tutub. 1992-ci ilin aprelindən Ali Arbitraj Məhkəməsinə başçılıq edib.

Bu ilin 13 iyununda isə Rusiya prezidenti Vladimir Putin onu müşaviri təyin etmişdi.

Femida.az

Açar sözlər: Putin   Rusiya  

Oxunub: 511