Sarkisyanın cangüdəni pulla azadlığa çıxdı
02:54 25 İyul 2018
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın şəxsi mühafizəçisi, general-mayor Vaçaqan Kazaryan 1 milyard dram (2 milyon dollar) girov müqabilində azadlığa buraxılıb.
Kazaryan artıq həbsdən çıxıb.
Qeyd edək ki, Kazaryan iyunun sonunda həbs olunmuşdu. “Yunibank”ı tərk edərkən saxlanılan Kazaryanın üzərindən depozit hesabından çıxardığı 123 min dollar və 436 mln. dram (904 min dollar), onu müşayiət edən “Lexus” markalı avtomobildən isə 50 min dollar aşkarlanıb.
Kazaryan nağdılaşdırdığı vəsaitlərlə Milli Təhlükəsizlik Xidmətinə aparılıb. MTX-nın xəbərinə görə, o, saxlanıldığı gün “Ardşinbank”dakı hesabından 1,78 mln. dollar, həyat yoldaşının hesabından isə 1,43 mln. dollar çıxarmaq niyyətində olub. /Azvision.az
Femida.az
Oxunub: 529
Oxşar xəbərlər
- Sarkisyanın məhkəməsinin vaxtı bilinib
- Sarkisyanın qardaşı barədə həbs qərarı verildi
- Sarkisyanın qardaşını 8 il həbs gözləyir
- Sarkisyanın siyasətdən getmək fikri yoxdur
- Sarkisyanın partiyası dağılır: Karapetyan və 7 min nəfər...
- Sarkisyanın qardaşı oğlunu hakimiyyətə bu “vor zakon” satıb + VİDEO
- Sarkisyanın qardaşı oğlu Çexiyada saxlanıldı
- Sarkisyanın qardaşı oğlu 100 min dollara zaminə buraxıldı
- Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verilib
- Sarkisyanın qardaşı axtarışa verildi