Yuxuya görə qonşusunu doğradı - Azərbaycanda


04:04     03 Oktyabr 2015 286303.jpg

Kaluqa cinayət işləri üzrə əyalət məhkəməsinin məhkəmə kollegiyası, 21 yaşlı Azərbaycan vətəndaşı Sərkər Sərkərova dair Kaluqa rayon məhkəməsinin çıxardığı hökmə dəyişiklik etməyib.


Femida.az xəbər verir ki, 2015-ci ilin iyun ayında o, quldurluq və sağlamlığa ağır xəsarət yetirmədə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162 m.4b. “b”, 111m.1 b. üzrə) təqsirli bilinib.

2013-cü ilin fevral ayında Sərkərov mütəşəkkil cinayətkar qrupun daha öncə Kaluqa rayon məhkəməsi tərəfindən mühakimə edilən 4 üzvü ilə bərabər evli cütlüyə hücum edib.

Müttəhimlər zərərçəkənləri Kaluqanın mərkəzində kafelərin birində görüblər. Onların maddi vəziyyətini yüksək qiymətləndirərək, cinayətkar qrupun lideri onların mülkiyyətinə sahib olmaq istəyib.

Cinayətdə rollarını müəyyənləşdirdikdən sonra əlbirlər cütlüyü yaşayış yerlərinə qədər izləyiblər, orada onlara hücum ediblər. Kişinin başına şüşə vuraraq onu bıçaqla hədələyiblər, qadını isə başından yumruqla vurublar, zərərçəkənlərin pulunu, zinət əşyalarını, mobil telefonlarını oğurlayıblar, oğurlanan əşyaların ümumi məbləği milyon rubla yaxın olub.

Bundan başqa, 2014-cü ilin iyun ayında Sərkərovun qonşusu ilə mübahisəsi düşüb. Mübahisənin səbəbi isə qonşunun uşaqlarının ona yatmağa mane olması olub. O, qonşusuna yaxınlaşaraq uşaqları sakit etməyi xahiş edib, əks təqdirdə onu doğrayacağını deyib. Bundan sonra Sərkərov evinə getsə də az bir müddətdən sonra geriyə bıçaqla qayıdaraq zərərçəkənə sinə nahiyəsindən bıçaq zərbəsi endirərək, onun sağlamlığına ağır zərbə vurub.

Məhkəmə iclasında Sərkərov günahını etiraf edib, amma bunu müdafiə olunduğu üçün etdiyini bildirib, cütlüyə isə hücum etdiyini təkzib edib.

Məhkəmə dövlət ittihamçısı tərəfindən təqdim edilən dəlilləri dəyərləndirərək onun fikri ilə razılaşıb. Sərkər Sərkərov cəzasını ciddi rejimli koloniyada çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamçı məhkəmənin qərarından apellyasiya qaydası üzrə şikayət edib. Amma Kaluqa vilayət məhkəməsinin məhkəmə kollegiyası Kaluqa rayon məhkəməsinin çıxardığı hökmə dəyişiklik etməyib.

Hökm qanuni qüvvəyə minib.

Açar sözlər:

Oxunub: 956


Oxşar xəbərlər