Sumqayıtda FACİƏ: 54 yaşlı kişi metaləritmə sexində yandı


23:21     25 İyul 2018 18_07_25_1532532073.jpg

Abşeron rayonunda 54 yaşlı kişi metaləritmə sexində alovun üzərinə düşərək yanıb.

Femida.az report-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Saray qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər 41-ci məhəllə sakini, 1964-cü il təvəllüdlü Qurbanov Ağəməli Mirzəbala oğlu Abşeron rayon Saray qəsəbəsində fəaliyyət göstərən metaləritmə sexində işlədiyi zaman yüksək temperaturlu alovun üzərinə düşüb. Onun yanmasına səbəb iş zamanı ayağının büdrəyərək alovun üstünə yıxılması olub.

Hadisədən sonra ağır yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Onun bədəninin 70 faizinin yandığı bildirilir.

Ağəməli Qurbanovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 678