Neft bahalaşdı


13:30     26 İyul 2018 neft20.jpg

Dünya birjalarında neft bahalaşıb.

Femida.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,05 dollar və ya 0,07% artaraq 69,35 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,41 dollar və ya 0,55% bahalaşaraq 74,34 dollar təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 303