NATO irimiqyaslı təlimlərə başlayır


14:18     03 Oktyabr 2015 nato65.jpg

Sentyabrın 3-də NATO-nun Avropada son 13 ildə ən irimiqyaslı hərbi təlimləri başlayır.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, üç ölkə ərazisində (İtaliya, İspaniya, Portuqaliya) keçiriləcək təlimlərdə 36 min hərbçi 30 ölkəni təmsil edəcək.

Təlimlərdə 200 döyüş təyyarəsi və 50 hərbi gəminin iştirakı nəzərdə tutulub.

“Trident Juncture-2015” NATO-nun 2002-ci ildən bəri Avropada keçirdiyi ən irimiqyaslı təlimidir. Təlimlərə Şimali Atlantika alyansına üzv ölkələr, o cümlədən tərəfdaş dövlətlərin quru qoşunları, hərbi-hava qüvvələri və xüsusi təyinatlı bölmələri cəlb ediləcək.

Təlimlər noyabrın 6-dək davam edəcək.

Açar sözlər:

Oxunub: 760