Nigeriyada dəhşətli partlayış


14:33     03 Oktyabr 2015 niger.jpg

Nigeriyanın paytaxtı Abuca şəhərində bir-birinin ardınca iki partlayış törədilib.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər var.

İlkin məlumata əsasən, polis məntəqəsi və avtobus dayanacağı yanında yerləşdirilən partlayıcı qurğular yerli vaxtla saat 22:30 radələrində işə salınıb.

Nigeriya fövqəladə hallar Agentliyi ölənlərin olduğunu bildirsə də, onların sayı barədə hələ ki, məlumat verməyib.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 660