Polad Bülbüloğlunun qardaşına 200 min manat “atan” şəxsə hökm oxundu - 8 il yarım həbs


16:58     26 İyul 2018 18_07_26_1532595610.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmməd Nəsibova hökm oxunub.

Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M.Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Nəsibov bir neçə şəxsin etibarından sui-istifadə edərək onlardan təxminən 400 min manat alaraq qaytarmayıb.

O, İradə İsmayılovadan 21 500 manat alaraq ona Hövsan qəsəbəsində 15 sot sənədsiz torpaq sahəsi satıb, Çingiz Məmmədovdan 200 min manat alaraq Abşeron rayonunda yaşayış evi tikdirəcəyini vəd dib.

Bundan başqa, M.Nəsibov Adilə Məmmədovaya 120 min, Gülnaz Xayirovaya 43 min, Bahar Ələkbərovaya 17 min və Bəhram Namazova isə 28 min 100 manatlıq dələduzluq edib.

Məhkəmədə ifadə verən M.Nəsibov özünü təqsirli bilmədiyini deyib.

Zərərçəkmişlərdən biri, Çingiz Məmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşıdır. / qafqazinfo

Femida.az

Açar sözlər: #Polad_Bülbüloğlu   #həbs  

Oxunub: 1014