Bolqarıstan mətbuatı kəlbəcərli girovlardan yazdı
17:00 26 İyul 2018
Bolqarıstanın aparıcı KİV-lərindən olan “Standart” qəzetində “Dağlıq Qarabağda həbs olunmuş azərbaycanlılar üçün azadlıq tələb olunur’’ başlığı ilə xəbər dərc olunub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən Femida.az-a verilən xəbərə görə, xəbərdə Ermənistanın torpaqlarımızın işğalı nəticəsində məcburi köçkünə dönmüş D. Əsgərov və Ş. Quliyevin 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan əsgərləri tərəfindən əsir götürüldükləri, digər Azərbaycan vətəndaşı Həsən Həsənovun isə öldürüldüyü qeyd olunub.
2016-cı ildə D. Əsgərov və Ş. Quliyevin hüquqlarının müdafiə komitəsinin yaradıldığı bildirilərək məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Rusiya prezidenti və bu dövlətin Azərbaycandakı səfirinə müraciətlərin edildiyi vurğulanıb. Yazıda D. Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 11-12 sentyabr 2017-ci il tarixində Varşavada ATƏT-in insan haqları ilə bağlı sammitində iştirakına da yer verilib. Sonda onların azad olunması istiqamətində AR XİN-in səylərinə toxunulub.
Bolqarıstanın nüfuzlu “Focus” xəbər agentliyinin internet səhifəsində isə “Azərbaycan səfirliyi: Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına ümid edir” adı altında xəbər dərc olunub. Xəbərdə D.Əsgərov və Ş. Quliyevin girov götürülməsinin, H. Həsənovun qətlə yetirilməsindən 4 il keçdiyi vurğulanıb.
Xəbərdə D. Əsgərov və Ş. Quliyevin qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsinin girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin haqlı qəzəbinə səbəb olduğu qeyd edilib.
Sonda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətin girovluqda müxtəlif xəstəliklərə düçar olmuş D. Əsgərov və Ş. Quliyevin taleyinə biganə qalmayacağına və bu günahsız insanların dərhal azad edilməsi və öz ailələrinə qovuşması üçün Ermənistana təsir göstərəcəyinə ümid etdiyi vurğulanıb.
Femida.az
Oxunub: 449
Oxşar xəbərlər
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Bolqarıstan yığmasının üzvləri Tbilisidə qəzaya düşüb
- Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
- Bolqarıstan Ukraynaya silah göndərməyəcək
- Bolqarıstan azərbaycanlıların Ukraynanı tərk etməsini nəzərə alaraq viza tələbini ləğv edib
- Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə görüşüb
- Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- İlham Əliyev Bolqarıstan Prezidenti ilə danışıb