Pensiyaların maliyyələşdirilməsi tam yekunlaşıb
18:55 26 İyul 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu bu ilin iyul ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini yekunlaşdırıb.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, iyul ayının 9-da Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilib.
İyulun 24-də isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının əvvəlki ayların artımları ilə birgə maliyyələşdirilməsi başa çatdırılıb.
Məlumat üçün bildirək ki, bu kateqoriyadan olan və 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin olunmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında yenidən hesablanaraq artırılıb. Artımlar cari ilin ötən dövründə onların çalışdıqları müvafiq sahələr üzrə əmək haqqında artımların edildiyi vaxtdan hesablanıb və toplam halda iyul ayının pensiyası ilə birgə onların pensiya hesablarına köçürülüb.
Femida.az
Oxunub: 738
Oxşar xəbərlər
- Pensiyaların tam ödənilməsi aprelin 15-də başa çatacaq
- Pensiyaların ödənişi iyunun 15-də tam yekunlaşacaq
- Pensiyaların veriləcəyi tarix AÇIQLANDI
- Pensiyaların artım məbləği açıqlandı - RƏSMİ CAVAB
- Pensiyaların orta aylıq məbləği 3 dəfə artıb - Son 10 ildə
- Pensiyaların artması 750 min nəfərə şamil olunacaq
- Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb
- Pensiyaların artırılacağı məbləğ açıqlandı- ŞAD XƏBƏR
- Pensiyaların artımla veriləcəyi dəqiq - Vaxt
- Pensiyaların təyinatında nöqsanlara yol verilib