Vyetnamda hərbi təyyarə qəzaya uğradı


22:33     26 İyul 2018 2018/07/vyetnam_1532609014.jpg

Bu gün Vyetnamın şimalında yerləşən Nqean vilayətində hərbi təyyarə qəzaya uğrayıb. Bu baradə yerli “VietnamNet” elektoron qəzeti məlumat verib.



Məlumata əsasən, insident yerli vaxtla günün birinci yarısında baş verib. Qəza ərazisi Vin şəhərinin 100 km-də yerləşdiyi qeyd edilir. Hadisə zamanı ölən və yaralananlar barədə məlumatın olmadığı lakin təyyarənin partladığı barədə qəzet məlumat verib.

Yerli hökumətdə olan mənbənin məlumatında təyyarədə olan iki pilotun həlak olduğu bildirilir.

Baş verən qəzanın səbəblərinin məlum olmadığı diqqətə çatdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 393