Təhsil eksperti imtahan sualında səhv tapdı - DİM təkzib etdi


20:52     26 İyul 2018 18_07_26_1532610191.jpg


“Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II ixtisas qrupunda iki səhv test tapşırığı olub. Onlardan biri 91-ci sualdır. Testin A və C bəndlərinin hər ikisi doğrudur”.

Femida.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz “facebook” hesabında paylaşıb. O bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir:

“Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.

Ekspert növbəti səhv test tapşırıqlarını yazacağını qeyd edib.

Qeyd edək ki, səhv sual II qrup D variantı Tarix fənnindəndir.

Səslənən fikirlərə cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlama verib.

“Səslənən fikirlərə cavab olaraq deyə bilərəm ki, test tapşırıqlarında hər hansı yanlışlıq yoxdur”.

Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Femida.az

Açar sözlər: #DİM   #təhsil   #ekspert  

Oxunub: 726