İnsan kimi danışan və zarafatlaşan robot Bakıya gətirilir - VİDEO


21:13     26 İyul 2018 18_07_26_1532610870.jpg


27-28 oktyabr tarixlərində Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq "Global Influencer Day" tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək.


Süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var.

Tədbirdə həmçinin Google, Microsoft, Forbes və İnstagram kimi dünyaca məşhur şirkətlərin top "influencer" menecerləri çıxış edəcək.

Növbəti ay ərzində tədbirə əsas spiker olaraq qatılacaq tanınmış simaların adları açıqlanacaq. Təşkilatçı şirkət olan FA International Trade Events-dən əldə edilən məlumata əsasən, tədbirə biletlərin satışı yaxın iki həftə ərzində təqdim olunacaq. / sputnik



Femida.az

Açar sözlər: robot  

Oxunub: 781