“Azərişıq” ASC daha bir neçə xidməti “ASAN”laşdırdı


21:56     26 İyul 2018 azer345isiq.jpg

Femida.az xəbər verir ki, “Azərişıq” ASC tərəfindən operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə bundan sonra enerji təchizatı sxemini dəyişən (güc mənbəyinin dəyişməsi, bir fazalı təchizat sxemindən üç fazlı təchizat sxeminə və ya əksinə keçid) abonentlərə yeni kodların verilməsi yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” Mərkəzlərində edilmiş sifarişlər əsasında həyata keçiriləcək. Bununla bağlı RETSİ və ETSİ-lərə xüsusi tapşırıqlar verilib.

Qeyri əhali abonentlərinin istənilən səbəbdən sayğac dəyişdirmə ilə bağlı olan müraciətləri də bu mərkəzlərdə edilmiş sifarişlər əsasında baş tutacaq. Atılan addım Elektrik qurğularının şəbəkəyə qoşulması zamanı texniki şərtlərin verilməsində yarana biləcək xoşagəlməz halların da qarşısını alacaq və vətəndaş məmnunluğunu artırmış olacaq.

Femida.az

Açar sözlər: işıq   ASAN  

Oxunub: 480