İkinci mərtəbədən yıxılan uşaq sağ qaldı


01:33     27 İyul 2018 korpe%20oldu.jpg

Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.

Femida.az-ın Reporta istinadən verdiyi məlumata görə, hadsiə "Yaşıldərə" yaşayış massivində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 2015-ci il təvəllüdlü Paşalı Yunis Namiq oğlu ikinci mərtəbədən düşərək ağır xəsarətlər alıb. Azyaşlı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 530