Ordumuzun düşməni məhv etdiyi an - VİDEO


15:12     03 Oktyabr 2015 cebhee%2022.jpg


Son günlər cəbhə xəttində gərginlik pik həddə çatıb. Düşmənin atəşkəsi pozması nəticəsində başlayan atışma qarşı tərəfin xeyli itki verməsi ilə nəticələnib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.

Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

Ermənistan hərbçilərinin məhv edilməsini özündə əks etdirən videogörüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərə görə, ermənilər ölkənin Müdafiə Nazirliyindən izahat tələb edirlər. Rəsmi İrəvan isə bu barədə açıqlama verməkdən boyun qaçırır.




Açar sözlər:

Oxunub: 1550