Yolu keçən piyadanı maşın vuraraq öldürüb


16:28     27 İyul 2018 piyada2.jpg

Abşeronda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 26-da saat 1 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Sərvər Xəlilli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini Filman Abdullayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 363