Maşının şüşəsini sındıranlar yaxalandı


16:32     27 İyul 2018 masin%20ogurluq.jpg

Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulub.

Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də S.Ağazadənin “Mercedes” markalı avtomobilindən 300 manat və mobil telefon oğurlamaqda, Z.Mirzəzadənin “Mercedes” markalı avtomobilindən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abbasov saxlanılıb, daha 2 nəfər isə müəyyən edilib.

Onların iyulun 23-də Bakı şəhər sakini S.Qasımovun “Mercedes” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 450