İranlı narkotik alverçiləri saxlanıldı


19:24     27 İyul 2018 hebs5.jpg

Gürcüstanda narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən iki İran vətəndaşı saxlanılıb.


Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, İran vətəndaşları Azərbaycana keçməyə cəhd ediblər.

Onlar Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında yaxalanıblar.


İran vətəndaşlarının üzərində 13 bağlamada 700 qram heroin aşkar olunub. Onları 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gürcüstanda bu ilin ilk yeddi ayı ərzində ümumilikdə 98 narkotik alverçisi saxlanılıb, 15 kiloqram heroin, 7191 ədəd psixotrop həb, 1 kiloqram 400 qram kokain və digər narkotik vasitələr müsadirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 417