Kaliforniyada fövqəladə vəziyyət elan olundu


19:34     27 İyul 2018 mese%20yanib.jpg

Kaliforniyanın bəzi rayonlarında fövqəladə vəziyyət elan olunub.



Femida.az xəbər veirr ki, belə bir qərar bir müddətdir tüğyan edən və artıq 1 nəfərin həyatına son qoymuş meşə yanğınları ilə əlaqədar qəbul edilib.

Hazırda yanğının qarşısının alınmadığı üçün yaxınlıqdakı yaşayış yerləri üçün təhlükə yarandığı bildirilir. Bu səbəbdən həmin ərazilərdən sakinlərin təxliyəsi gözlənilir.

Bir nəfərin meşə yanğınları nəticəsində ölümünü təsdiqləyən qubernator daha öncə 12 min adamın təxliyə olunduğunu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 445