"Brend markaları kopyalayanlar cinayət məsuliyyəti daşıyır" - VƏKİLDƏN ŞƏRH


20:47     27 İyul 2018 18_07_27_1532695582.jpg

Bu gün ictimai həyatda, mağazalarda, bazarlarda tanınmış brendləri kopyalayan, onların istehsal etdiyi məhsulların dizaynını oğurlayıb öz məhsulu kimi istehsal edib satan kifayət qədər sahibkarlar, zavod və şirkətlər var.

Xüsusilə də Çin şirkətləri Avropa, Rusiya, Türkiyə, Amerika və s. istehsalı olan əşyaların, geyimlərin, elektron avadanlıqların bənzərini daha ucuz xammal vasitəsilə hazırlayaraq orjinalından aşağı qiymətə satır. Beləliklə məhsulun ilk və orjinalını hazırlayan tərəf maddi ziyana məruz qalır. Belə hallar son dövrlər Azərbaycanda da müşahidə olunmağa başlayıb.



Hər ölkədə bu cür hallara qarşı xüsusi qanunvericilik var. Azərbaycanda analoji plagiatçılıq birbaşa cinayət məsuliyyəti deməkdir. Bu barədə Femida.az-a vəkil Elmar Süleymanov açıqlama verib. O, bildirib ki, AR Cinayət Məcəlləsinin 197-ci maddəsində müvafiq müddəa var:

“Məcəllənin 197.1-ci maddəsinə görə özgənin əmtəə (brend) nişanından istifadə olunması təkrar törədildikdə və ya 20 000 manatdan 100 000 manatadək miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər 100 000 manatdan artıq miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Özgənin əmtəə (brend) nişanından istifadə olunması 20 000 manatdan 100 000 manatadək miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər 100 000 manatdan artıq miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #qanun   #vəkil   #hüquqi_maarifləndirmə   #brend   #marka   #cəza   #cinayət   #femida  

Oxunub: 3117