Dünyada 325 milyon insan hepatitdən əziyyət çəkir
14:28 28 İyul 2018
Bu gün Ümumdünya Hepatit Günüdür.
Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabata əsasən, dünyada təxminən 325 milyon insan hepatit virusundan əziyyət çəkir.
Lakin bu xəstələrin əksəriyyəti özlərini müalicə etdirə bilmir. Hətta onlardan 300 milyonunun hepatit B cə C-nin daşıyıcısı olmalarından xəbəri yoxdur.
Qeyd edək ki, 2015-ci ildə hepatit virusu səbəbndən 1,34 milyon insan ölüb.
Xatırladaq ki, hepatit virusunun hepatit A (HAV), hepatit B (HBV), hepatit C (HCV), hepatit D (HDV) və hepatit E (HAV) olmaqla 5 növü var. Ancaq bunlardan ən çox ölümə səbəb olanı hepatit B və hepatit C viruslarıdır.
Hepatit B və C viruslarına yoluxma səbəbləri əsasən, nəzarətsiz şəkildə qan köçürmə, istifadə edilmiş şpris mübadiləsi, diş fırçası kimi əşyaların ortaq istifadəsi, natəmiz şərtlərdə insan bədəninə edilən döymə və pirsinq (bədənin deşilməsi), cinsi əlaqə və anadan körpəyə doğum əsnasında keçməsi şəklində sıralanır.
Virusa yoluxmaqdan qorunmanın ən etibarlı üsulları sırasında hepatit A və hepatit B peyvəndinin edilməsidir. Hepatit C virusu üçün isə hələ bir peyvənd yoxdur.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 482,3 milyonu ötüb
- Dünyada koronavirusa yoluxma sayı 480 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 466 milyona çatır
- Dünyada koronavirusa yoluxanların sayı 456 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 450 milyon nəfəri ötüb