Bıçaqla hədələyib pulunu aldılar


18:47     28 İyul 2018 bicaq.jpg

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib 10 manat pulunu alıb.

DİN-dən Femida.az-a verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 380