Həyətində çətənə kolları əkən şəxs saxlanılıb


01:28     29 İyul 2018 2018/07/4A8BF84C-6708-42B0-9F1A-BFE124E9DD6E_1532799134.jpeg

Şabranda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, iyulun 28-da Şabran RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ş.Sətiyevaya məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan dibçəklərdə hündürlüyü 15-20 sm olan 5 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 428