Valideyn ehtiyatsızlığı dəhşət saçdı - 5 yaşlı uşaq yandı


13:22     29 İyul 2018 usaq8.jpg

Şəkidə 5 yaşlı uşaq qaynar su ilə dolu qazana düşərək ağır yanıq xəsarətləri alıb.

İyulun 28-i axşam saat 21 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 2013-cü il təvəllüdlü Sevda Taleh oğlu Məmmədova yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı 5 yaşlı Sevda Məmmədovanın yaşadığı evin hamamında qaynaq su ilə dolu qazana düşərək yanması məlum olub. Sevda Məmmədovaya hər iki qolun üçdə ikisinin, gövdənin üçdə ikisinin və aşağı ətrafların üçdə birinin yanığı diaqnozu qoyulub, müalicəsi xəstəxananın uşaq cərrahiyyəsi şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 852